|
Fəal təhlükəsizlik.
Touran-nın 165 sm hündürlüyü o deməkdir ki, bu avtomobil yolu tam görmək imkanını və təhlükəsizlik hissini qiymətləndirənlər üçün uğurlu seçimdir.
Güzəştlərsiz dinamika.
Təhlükəsizlik sistemləri - ESP kurs dayanıqlığı sistemi, ABS antiblokirovka sistemi, Bremsassistent təcili tormozlama gücləndiricisi - böhranlı vəziyyətlərdən yaxa qurtarmağa kömək edir. Hərəkət rejimi haqqında bütün informasiya fasiləsiz olaraq ESP kompüterinə daxil olur. Ekstemal şəraitdə ESP saniyənin mində birinə reaksiya verir. O, tormozlara və idarəetmə sisteminə mühərrikin işi ilə məqsədyönlü təsir göstərir.və dərhal hərəkətin sabit rejimini bərpa edir.
Sürücüyə əlavə köməyi tormozların antiblokirovka sistemi göstərir. Təcili tormozlama zamanı xüsusilə sürüşkən yolda təkərlərin blokirovkasının qarşısını alan ekektronika işə düşür. Touran idarəetməni saxlayır, sürücü isə arxayınlıqla maneəni keçə bilər.
|