Ana səhifə  |  Axtarış  |  Əlaqə
 
az | ru | 
Eos
Mütləq müstəqilik hissi.
Yeni Eos həm estetlərin, həm də sərfəliliyi dəyərləndirənlərin ürəyincə olacaq. Hava şəraitindən, səfər zamanı yaranan istək və əhval-ruhiyyədən asılı olaraq avtomobilin damını bağlamaq, yaxud əksinə, açıq havada səyahət etmək olar. Eos-un innovasiyalı konstruksiyası və onun düşünülmüş funksionallığı sayəsində istəklərinizi məhdudlaşdırmaya və səfərdən tam həcmdə həzz ala bilərsiniz.
Özünüzü rahat hiss edin.
Sürücü və qabaqda oturmuş sərnişin Eos-da özünü kabrioletdəki kimi hiss edir. Salonun içinə çox da girməyən qabaq dirəklər sayəsində qabaq şüşə sürücü və sərnişinin başı üzərindəki göy üzünü bağlamır.
Dərindən nəfəs alın.
Klavişi basmaq kifayətdir ki, yeni Eos kupedən kabrioletə çevrilsin. Eos üçün xüsusi olaraq işlənib hazırlanmış CSC damı kabrioletin, kupenin və lyuklu damı olan kupenin məziyyətini birləşdirməyə imkan verir. Beş seksiyalı konstruksiyaya malik dam Sizə təmiz hava almaq həzzini verərək 25 saniyə ərzində tam avtomatik yığılır. CSC damını idarə etmək asandır: bu, mərkəzi konsoldakı bircə söndürücü açarla edilir. Əlavə sifarişlə quraşdırılan küləkdən mühafizə arakəsməsi Sizi başınızın arxasında burulğanlaşma narahatlığından xilas edəcək.

Heç bir yelçəkmə yoxdur.
Eos öz növündə yeganə olaraq, CSC damında yerləşdirilmiş qalxan-yığılan şüşə lyukla təchiz olunub. Könlünüzdən keçdikdə, hətta dam bağlı olanda Siz salona tələb olunan qədər təmiz havanın girməsini təmin edib xoş əhval-ruhiyyə yarada bilərsiniz. Elektrik ötürücü ilə təchiz olunan qalxan-yığılan şüşə lyuk istənilən vaxt açıla bilər və başınız üzərində yalnız səma qalacaq. Gəzinti qeyri-adi olacaq.
Heyrətamiz güc.
Ehtiraslı sürücülər yeni Eos-dakı 184 kVt-lıq (250 a. g.) V6 mühərrikinin heybətli gücünü layiqincə qiymətləndirəcəklər** O, 100 km-ə 9,2-9,3 l yanacaq sərf edir, CO2 tullantısı isə - 221-223 q/km* təşkil edir. Mühərrikin işinin bərabərliyi gücün artırılmış ehtiyatı və aqreqatın idman xarakteri ilə uyğunlaşır. Güc ötürülməsi birbaşa dəyişdirmə ilə 6 pilləli ötürücü qutusunun (DSG) köməyi ilə həyata keçirilir.

Bu, zövq məsələsidir.
Mühərriklərin qamması özündə yanacağın təbəqəli çilənməsi (FSI) ilə 85 kVt-dan (115 a.g) 147 kVt-a qədər (200 a.g.) olan üç güclü aqreqatı birləşdirir. Yanacaq sərfi 7,6-8,6 l/100 km, CO2 tullantısı - 182-206 q/km* təşkil edir. FSI - yanacağın yüksək təzyiq altında birbaşa olaraq daxili yanma kamerasına verilən birbaşa çiləmənin yeni texnologiyasıdır. Nəticədə yanacağın qənaətli sərfində mühərrikin yüksək dinamikliyi və qaneediciliyi təmin olunur. Yeni Eos-da dartma gücü 6 pilləli ötürücü qutusundan qabaq oxa ötürülür.

Burada nümayiş olunan avtomobillərin bəzi elementləri standart modellərdən fərqlənə bilər.
VOLKSWAGEN AGIVolkswagen international
© Volkswagen 2008