Ana səhifə  |  Axtarış  |  Əlaqə
 
az | ru | 

Phaeton
Nüfuzlu klassda azadlıq.
Volkswagen Phaeton. "Lüks" klasslı avtomobillərin yeni nəsli. Nüfuzlu klass avtomobillərinin yeni imici: azad, emosional, idmansayağı. O, 300 km/saata qədər sürətlə hərəkət etmək üçün yaradılıb. O, 420 a.g. olan ən güclü 6 litrlik W 12 mühərrikinə malikdir. O, 6,1 saniyədə 100 km saat sürəti yığır. 4 MOTION tam ötürücü sistemi və amartizatorların aktiv nizamlanması ilə pnevmatik asqıyla təchiz olunub. 4 zonada - yelçəkənlər olmadan - fərdi tempratur saxlama imkanı olan ən mütərəqqi 4 C-Climatronic kondosionerinə malikdir. Bu kondisioner unikal müəssisədə - Drezdendəki şüşə manufakturasında əllə yığılma texnologiyası ilə hazırlanır.
İstəklərinizlə imkanlarınız üst-üstə düşür.
Yenə də rahatlığın ən yüksək səviyyəsinə çatmaq - fərdi Volkswagen Phaeton-unuzun tərtibatına bu amalla yanaşırıq. Burada daha nəfis materiallar və bahalı bəzək detallarından istifadə olunur. Phaeton Individual-in zərgər dəqiqiliyi ilə işlənmiş eksklüziv komplektasiyası Sizə mütləq fərdilik hissi bəxş edəcək və özünün funksionallığı ilə Sizi heyrətə gətirəcək. Avtomobilinizə daha zərif görkəm verməyin yolunu bu səhifədən biləcəksiniz.
Eksteryer.
Siz Phaeton-unuzun hansı görkəmdə olmasını aydın təsəvvür edirsiniz. O, özünüz kimi təkrarsız gözəlliyə malik olmalıdır. Elə ilk baxışdan avtomobilinizin fərdiliyini qiymətləndirmək istəyirsiniz. Biz Phaeton-unuzun fərdiləşdirilməsi üçün çoxsaylı imkanlar təklif edirik.




İnteryer.
"Lüks" klassı yüksək tələbatlı insanlar üçün nəzərdə tutulub. Nəfis materiallar hesabına biz Phaeton-unuzun interyerinə xüsusi gözəllik verəcəyik. Bu dəbdəbə və rahatlıq atmosferi Sizə hər an zövq yaşadacaq.

Texnika.
İşlə bağlı, yaxud əyləncə xatirinə informasiya sistemlərindən istifadə edərkən texniki detalların da qeyri-adiliyi Sizi heyran edəcək. Yüksək keyfiyyət komponentləri ən yüksək tələblərə cavab verir. Siz daim xətdə qalacaq və hadisələrin gedişindən xəbərdar olacaqsınız.
VOLKSWAGEN AGIVolkswagen international
© Volkswagen 2008