Ana səhifə  |  Axtarış  |  Əlaqə
 
az | ru | 

Touareg
Yolsuzluq şəraitdə işləyən maşın, nüfuzlu sedan, sport-kombi.

Hazırda yolsuzluq şəraitdə işləyən maşınların üç əsas kateqoriyası mövcuddur: ağır şəraitdə istifadəyə yönəlmiş klassik avtomobillər, Lifestyle-SUV, əsasən şosse ilə hərəkət üçün nəzərdə tutulmuş maşınlar, bu və ya digər dərəcədə özündə bu keyfiyyətlərin hər ikisini birləşdirən avtomobillər. Hər bir kateqoriyanın özünün güclü tərəfləri vardır, lakin onlara nail olmaq üçün başqa nədəsə kompromisə getmək lazımdır.

Touareg - güzəştsiz üçlük konsepsiyasının ilk nümayəndəsidir: əsl yolsuzluq xarakteristikalarına baxmayaraq, şossedə o, yüksək klass sedanın rahatlığını təklif edir, həm də idmansayağı avtomobilin idarəediciliyinə və reaksiyasına malikdir. İcraçılıq səviyyəsinə görə Touareg nüfuzlu klassın yolsuzluq şəraitdə işləyən maşının mövqeyini tutur.
Altıpilləli avtomatik transmissiya.

4XMOTION-un tam ötürmə sistemi üçün 6 pilləli mexaniki ötürücülər qutusu və 6 pilləli avtomatik transmissiya nəzərdə tutulmuşdur. Onların hər ikisi yüngül xəlitələrdən maksimal istifadə etməklə hazırlanıb, detalların emalının yüksək dəqiqliyi isə onların səs-küysüz işini müəyyən edir. Altıpilləli avtomatik transmissiya unikal işlənib hazırlanmış məhsuldur.

Touareg V10 TDI-də standart olaraq quraşdırılan 6 pilləli avtomatik transmissiyadan istifadə edilən halda sürücü ötürücülərin dəyişdirilməsini DSP (Dynamisches Schaltprogramm - ötürücüləri dəyişdirmək üçün dinamik proqram) proqramına etibar, selektordan (Tiptronic sistemi), yaxud komplektasiyadan asılı olaraq, sükanaltı qollardan istifadə edərək, özü də müstəqil sazlaya bilər.

Diferensialların elektron idarə edilməsi.
Touareg mühərriklərinin enerjisi daimi 4XMOTION tam ötürücüsü ilə - paylayıcı qutu, ötürücü vallar, ön və arxa körpülərin əsas ötürmələri vasitəsilə bütün təkərlərə verilir. Arxa diferensialın blokirovkası opsiya kimi, oxlararası diferensialınkı - standart paketdə təklif olunur.

Yolsuzluq şəraitdə işləyən maşınlarda fərqli olaraq, Touareg-in hər iki diferensialının çoxdiskli blokirovka muftaları elektronika ilə idarə olunur. Tələbatdan asılı olaraq, dartqı qüvvəsinin 100%-ə qədəri təkərlərdən birinə verilə bilər. Diferensialların hər birini həm də əl ilə, konsoldakı elektrik açarını çevirməklə blokirovka etmək olar.

Tənzimlənən pnevmatik asqı.

Touareg üçün asqının iki variantı nəzərdə tutulub: polad yaylarda ənənəvi asqı (yerdən artırılmış maksimal hündürlüyü 237 mm) və yerdən artırılmış hündürlüyünü avtomatik tənzimləyən və amortizatorları elektron idarə edən (CDC - Continuous Damping Control) pnevmatik asqı. Pnevmatik asqı ilə yerdən artırılmış hündürlüyü 300 mm-ə çata bilər.

Şosse ilə hərəkət edərkən, pnevmatik asqı avtomobilin sürətindən asılı olaraq, kuzovun vəziyyətinin avtomatik tənzimlənməsi sayəsində idmansayağı avtomobilin rahatlığınrın və dinamikasının yüksək səviyyəsini təmin edir. 125 km/saat sürətə çatanda yerdən artırılmış hündürlüyü 215 mm-dən 190 mm-ə qədər azalır, 180 km/saat sürətdə isə - hündürlüyü avtomatik olaraq 180 mm müəyyən edir.

Sürücü yerdən artırılmış hündürlüyünü əllə də müəyyənləşdirə və rahatlığı son dərəcə yüksək səviyyədə saxlayaraq, keçidi yaxşılaşdırmaq üçün dərə-təpəlik yerdə onu böyüdə də bilər. Əgər hərəkətin sürəti 60 km/saatdan artıq deyilsə, yerdən artırılmış hündürlüyünü 240 mm müəyyən etmək, sürət 25 km/saata qədər olduğu halda - onu son hədd olan 300 mm-ə çatdırmaq olar.

Amortizatorların dinamik idarə edilməsi.

Amortizatorların dinamik idarə edilməsi sistemi (CDC - Continuous Damping Control) hərəkət şəraitindən asılı olaraq, amortizatorların xarakteristikalarını daim dəyişdirir. Asqının vericilər sistemi kuzov və təkərlərin şaquli sürətləndirilməsini qeydə alır, idarəetmə sistemi yol zolağının ən cüzi nahamarlıqlarına reaksiya verir.

Dempferləmək səyi təkcə avtomobilin sürətindən və yol şəraitindən asılı olaraq dəyişmir: güclü sürətdə və tormozlamada yerdən artırılmış hündürlüyü və kuzovun titrəyişinin dəyişilməsini eyni vaxtda minimallaşdırır. Sürücü üç müxtəlif alqoritmdən amortizatorların idarə edilməsini seçə bilər.

Yoxuş assistenti.

Dik yoxuşu aşarkən, Touareg sürücüsünə "Yoxuş assistenti" ("Berg-Anfahr-Assistant") kömək edir. Əgər Touareg işçi, yaxud dayanıq tormozununu köməyi ilə işləyən mühərriklə yoxuşda dayanırsa, həm də birinci ötürməyə ("yoxuşda irəli") yaxud arxa gedişə ("yoxuşda geriyə") salınıbsa və ilişmə pedalı tam sıxılıbsa, o avtomatik olaraq fəallaşır.

İndi, əgər sürücü tormozları buraxarsa, avtomobil onsuz da yoxuşda dayanıb qalacaq. İlişmə işə salındıqda tormozlar tədricən buraxılacaq, sürücüyə yavaş-yavaş, burulmadan yoxuşa qalxmağa imkan verəcək.

Avtomatik "Yoxuş assistenti" transmissiyalı avtomobillərdə - transmissiyaya qoyulmuş funksiyadır.

Eniş assistenti.

Sıldırım enişlərdə (20%-dən artıq mailliklə) avtomatik "Eniş assistenti" avtomobili mühərrik və işçi tormozlarla tormozlayacaq, daimi sürəti məcburən saxlayacaq. Əgər avtomobilin sürəti 20 km/saatdan azdırsa və ESP (elektron sabitlik sistemi) söndürülməyibsə, "Eniş assistenti" enişdə avtomatik fəallaşır.
VOLKSWAGEN AGIVolkswagen international
© Volkswagen 2008