2.3.47.2, 2017-10-10 18:26:25

Caravelle

Funksionallıq – Volkswagen Caravelle-in ikinci adıdır.

İşdən sonra səkkiz nəfəri ofisdən aparmaq və ya böyük qabaritli əşyaları daşımaq? Volkswagen Caravelle sizi çətinlikdən qutaracaq, çünki bunların hamısını siz bir tək Caravelle ilə edə biləcəksiniz. Üç sıra qatlana bilən oturacaqlarla sizin avtomobilinizdə həm dostlarınız, həm də əşyalarınız üçün yetərincə yer var. Caravelle ənənəvi keyfiyyətinə sadiq qalmaqla bərabər inkişaf etməyi də bacarır, buna görə uzun illərdir öz seqmentində Avropada 1 nömrədir.

Oturacaqların yerləşməsi

Caravelle 2 variantda müştərilərə təklif olunur - standart və ya uzun. Oturacaqların yerləşdirilməsi müştərinin istəyindən asılı olaraq dəyişdirilə bilər. Bununla bərabər, oturacaqların sayını da dəyişmək mümkündür, Caravelle-də ən az 5 ədəd olmaqla, 9 ədədədək oturacaq quraşdırmaq mümkündür.Uzun variantda isə 4-cü sıra oturacaqlar və ya daha böyük yük bölməsi seçimi etmək mümkündür.

“Təmiz Əllər” sistemi iş başındadır

Volkswagen Caravelle elektrik açılıb-bağlanan baqaj qapıları maksimal dərəcədə komfortlu, funksional və səssizdir. Avtomobiliniz kirli olduğu zaman belə, əlinizi toxunmadan baqaj bölməsindən əşyalarınızı götürə bilərsiniz. Bunun üçün sadəcə avtomobilin salonunda 1 düyməyə basmaq və ya avtomobilin radio açarından siqnal göndərmək lazımdır. Qapı açılmazdan əvvəl avtomobilin parktronikləri arxada maniyənin mövcudluğunu yoxlayır və daha sonra qapını açır.

Qalereya

Texniki göstəricilər

Caravelle LW

82.900 AZN

  • Mühərrikin həcmi, sm3 - 2000
  • Mühərrikin gücü, 150kW-204a/g
  • Sürət qutusu - Avtomat/tiptronik (7 pilləli)
  • Sürətlənmə 0-100 km/s, saniyə - 8.5
  • Maksimal sürət, - km/s 194

Caravelle LW

  • Mühərrikin həcmi, sm³: 2000
  • Mühərrikin gücü, 150kW-204a/g
  • Mühərrikin dartı qüvvəsi, Nm-d/s: 350 / 1500-4000
  • Maksimal sürət, km/s: 194
  • Sürət qutusu - Avtomat/tiptronik (7 pilləli)
  • Sürətlənmə 0-100 km/s, saniyə - 8.5
  • Maksimal sürət, - km/s 194
  • Çəkisi, kq: 2153
  • Uzunluğu : 5304mm
  • Eni: 1904mm
  • Hündürlüyü: 1990mm
  • Şəhər daxili: 13.5
  • Şəhərdən kənar: 8.1
  • Qarışıq: 10.1
  • Emissiya standartı EU4
  • İnformasiya kitabçası Rus dilində
  • ESC, ABS, ASR
  • Alətlər dəsti
  • Gövdə rəngində ön və arxa bamperlər
  • Dəri ilə işlənmiş multifunksional sükan
  • İkinci və üçüncü cərgədə İSOFİX ankerlər
  • Sürət qutusunun dəstəyi dəri ilə işlənmiş
  • Baqaj qapısı şüşəli
  • Sərnişin bölməsində yan pərdələr
  • Arxa şüşə yuyucusu
  • Uzaqdan idarəli mərkəzi qapanma sistemi
  • Sərnişin bölməsində ön sağ yan nəfəslik
  • Ön şüşələr elektrik
  • Sürücü və sənişin üçün təhlükəsizlik yastıqları, deaktiv olunan sərnişin hava yastığı
  • Yerin rezin örtüyü, öndə və arxada
  • Yan sağ siyirməli elektrik qapı
  • Gövdə rəngində güzgü qapaqları
  • Ön və arxa palçıq önləyiciləri
  • Yan güzgülər elektriklə idarə olunan, qızdırılan və qatlanan
  • İmmobilayzer sistemi
  • 12-V giriş
  • Ön və arxa park sensorlar
  • Halogen fənərlər
  • İki ədəd uzaqdan idarəli pul açar və 1 ədəd köməkçi açar
  • 6 ədəd səsgücləndirici
  • Kruiz idarəçilik sistemi
  • Arxa dumanəleyhinə fənərlər
  • Ön dumanəleyhinə fənərlər
  • 3 zonalı klimat kontrol kondisioner
  • Ön konsolda 2 ədəd stəkanaltlığı
  • Multifunksional ekran "Plus"
  • Mobil telefon hazırlığı
  • Lüngül lehimli disklər "Timaru" 7J x 17
  • Radio "Composition Colour" 5-inch, sensorlu
  • Parça oturacaqlar "Kutamo"
  • USB qəbuledici

Seçilmiş linklər