 |
Amarok öz sözünü dedi.
«Volkswagen Amarok Pickup-lar arasında olan Volkswagen-dir. Ralli Dakar-da – bəşəriyyətin sonuncu böyük məcaralarından birində – o göstərdi ki, onda nə kimi xüsisiyyətlər var və o öz hərtərəfliliyini və üstünlüyünü nümayiş etdirəcəkdir», Ştefan Şaler, Volkswagen yük avtomobillərinin brendi idarə heyətinin sədri bəyan etdi.
|
|
Volkswagen Motorsport.
«Biz şadıq ki, Volkswagen Amarok-u müşayətedici avtomobil kimi istifadə edə biləcəyik, çünki Ralli Dakar ən yüksək texniki səviyyə, yararlılıq və dayanıqlılıq gücü tələb edir - müşayətedici avtomobillərdən olduğu kimi, bizim Race Touareg-dən də. Amarok bizim komanda üçün həqiqətən də əsl düzgün avtomobildir», Kris Nisen, Volkswagen Motorsport-un direktoru şərh edir. |
|
Geniş salon keyfiyyətli işləmələr.
Amarok-un siz pikaplar aləmində görünməmiş genişlik və keyfiyyətli daxili təchizatdan heyran olacaqsız . Bu parametrlərlə Amarok yeni standarta çevrildi. Volkswagen brendin hər bir modeli kimi, Amarokunda daxili ergonomikası mükəmməldi. Bütün bu avtomobilin yüksək keyfiyyətdə olduğunu sübut edir - rahat oturacaqlar, kontrol elementlərin rahat yerləşdirilməsi, səsin aşağı səviyyəsi və s. |
|
Yük platforması.
Geniş salon ilə yanaşı, Amarokun geniş yük platforması var. Təkər tağları arasında platformanın eni - 1222 mm - sinfinin ən böyük yük yeri. Bu isə öz gaydasında evropaletlərin ən optimal yol ilə daşınmasına imkan verir. Yükün inamlı fiksasiyasıni təmin etmək üçün Amarok 4 güclü tutacaq ilə təchiz olunub. |
|
Açılan yan bort.
Amarok sizə hətda yüklərinizi boşaltma prosesindən belə həzz hissi verəcək, çünki pikapların standartlarına görə yüklənmə hündürlüyü çox balacadır – cəmi 779 mm. Platformanın yanları isə 508 mm–dir, buda pikapların standartlarına görə çox gözəl göstəricidir! Pikap sürənlər bu faktorların vacibliyini gözəl bilirlər. |
|
Off-Road rejimli ABS sistemi.
Amarok standart olan ABS sistemi Off-Road rejimi ilə təchiz olunub; mərkəzi konsolda yerləşən xüsusi düymə ilə və ya “downshift” rejimində çalışarkən aktivləşdirilir. Bu rejimində ABS sistemi təkərlərin kilidi, imkanını verir, və əyləc vaxtını olduqca azaldır. |
|
Komfort.
Amarok öz inanılmaz daxili rahatçılığı ilə təəccübləndirir. Avadanlıqın səviyyəsinə görə isə o istənilən avtomobillə rəqabət apara bilən bir avtomobildir. Rahat sükan çarxı, salonun geniçşliyi, control elementlərin rahat və sadə yerləşdirilməsi, sürət qutusunun idarəsi- bu avtomobildə hər şey incə ışlənilib. |
|
Yolsuzluq.
Yolsuzluqda Amarok öz ən yaxşı xüsusiyyətlərini göstərir: mükəmməl ışləyən müasir sürət qutusu, arxayın keçici xüsusiyyəti və s. Su, qar, palçıq, qayalıq - nə yol çətinlikləri olursa olsun, Amarok-a sizi və yüklərinizi tez bir zamanda lazım olan yerə çatdırmasıma heç nə mane olmayacaq. |
|