Volkswagen das auto
Golf.
Golf Komplektasiyalar və Qiymətlər Texniki göstəricilər Elektron kataloqlar Qalereya
>Bizim Şirkət
>Kampaniyalar
>Xəbərlər arxivi
>Korporativ satışlar
>Elektron kataloqlar
>Media
>www.touareg.az
>www.amarok.az
Golf.
Golf üçün ən əsası, sizin rahatlıqınız və avtomobili sürməkdən aldığınız həzzdir. Siz onun gücünü , cəlb edici dizayn təsvir olunmuş idman dinamikasını hiss edəcəksiniz. Bütün bu incəliklər Golfun əfsanəvi avtomobil edən texnoloji innovasiyaları göstərir.
Yerindən asılı olmayaraq Yeni Golfda siz həmişə özünüzü evdəki kimi hiss edəcəksiniz. İndi isə əvvəlkindən də çox azadsınız, axı, avtomobildən gözlədiyiniz yaxşı nə varsa, xidmətinizdədir.
Yeni Golf yenə də özünə rəqib qörmür: öz klassında ən ciddi və təhlükəsiz avtomobildir, ayrıca iqlim-nəzarət klassında birinci, ikipilləli əyləc gücləndiricisi, sükanın elektromexanik servogücləndiricisi, dörddəstəkli arxa asması, sürüşməyə qarşı sistemin unikal ötürücü qutusu - bütün bunlar onun üstünlüyünün sadicə kiçik bir hissəsidir.
Yeni Golf unikal dizayn ənənəsini sözsüz ki davam etdirəcək, özlüyündə - istər vizual, istərsə də texniki baxımdan - bu təkamüldə ən əhəmiyyətli avtomobil yeniliyini təmsil edir. Dizaynerlər komandası, emosional vurğuların yeni cür düzüldüyü, Golf-un parlaq və dinamik görkəmini formalaşdırmağa nail olublar.
Salon erqonomikliyinə görə də inam doğurur. Bütün idarəetmə elementləri məhz onları görmək istədiyiniz yerdədirlər .Buna görə də onlardan, yolu müşahidə etməkdən yayınmadan, intuitiv istifadə etmək olar. Yeni Golf-un salonu – əsl rahatlığın nümunəsidir.
Arxa oturacaqların rahatlığına və mövcud məkanına görə yeni Golf öz klassında yenidən etalona çevrilib. Uzun yollarda Golf-un mükəmməlliyi təkcə rahatlıqla tamamlanmır. Onun geniş yük yerində çətinlik çəkmədən hətta iri əşyalar yerləşdirmək olar. Yük yerinin tutumu 350 litrə qədər çatdırılıb.
Yeni Golf-a quraşdırılmış bütün mühərriklər aşağı istehlak xərcləri ilə fərqlənirlər, onların qənaətcilliyi isə avtomobilin böyük gediş ehtiyatını təmin edir. İstənilən səyahətdə Siz mənzil başına çatacağınıza tam əmin ola bilərsiniz.
Manevrliyin, rahatlığın və qənaətcilliyin yeni dəb yaradıcısı - 103 kVt / 140 at gücündə olan və maksimal fırlanma momenti 320 Hm olan ikilitrli TDI dizel mühərrikidir. Güclü dördsilindrli mühərrik yeni altıpilləli avtomotik ötürücü qutusu ilə təhciz olunub.
ESP-nin effektini qabaq və arxa əyləcləri, ikipilləli əyləcin gücləndiriciləri, differensialın elektron blokirovkaları və antiblokirovka sistemi möhkəmləndirir.Bu sistemlər birlikdə hətta gözlənilməz əyləmə zamanı bütün dörd təkərin yetərincə tez dayanmasını təmin edir.