Volkswagen das auto
Roadster.
Roadster
>Bizim Şirkət
>Kampaniyalar
>Xəbərlər arxivi
>Korporativ satışlar
>Elektron kataloqlar
>Media
>www.touareg.az
>www.amarok.az
Roadster.
Volkswagen BlueSport layihəsini bu klasda yaratmağı fikirləşir. Beş il ərzində Roadster VW BlueSport klasına girə bilərdi. Bunu İnkişafetdirmə üzrə İdarə Heyətinin sədri Ulrix Hakenberq "Auto Motor und Sport" qarşısında izah etmişdi: "Mən heç vaxt o şeyi təqdim etmirəm ki, sonradan onu geri qaytarmağa məcbur olum", menecr demişdi. Bir neçə gün öncə yeni təqdimat zamanı balaca Volfsburqlu böyük bir müsbət rezonans yaratdı.
Detroit avtoşousunda Volkswagen öz yeni “roadster blue sport” modelinin dünya tamaşasını keçirdi. Volkswagen blue sport roadsterin gələn ilin payızında istehsaldan çıxmağı gözlənilir. Şirkət rəsmi açıqlama verməsə də çox güman ki, bu yeni idman avtomobili iki litrli olan dörd silindirli mühərriklə təchiz olunacaq. 180 at gücündə olan bu mühərrik 0-100 km/s sürəti 6.2 saniyyəyə yığacaq. Avtomobilin 100 km məsafəyə 4.3 litr yanacaq sərf etməyi gözlənilir.
Ümumi uzunluğu 3990 mm olan Volkswagen Roadster avtomobili 2 litrlik turbo dizel müərriklidir və fırlanma momenti 350Nm-dir. Təmiz dizel texnologiyası ilə işlənən bu avtomobildə 6 pilləli DSG sürət qutusu istifadə olunacaq. BlueSport konsept sisteminə daxil olan bu avtomobilin maksimal sürətinin 226 km/s olmağı gözlənilir. “Start-stop” və “brake energy regeneration” sistemləri ilə təchiz olunan bu avtomobil cəmi 113 g/km CO2 qazı xaric edir.
Bu orta mühərrikli model öz alman qardaşı olan Porsche Boxster ilə rəqabət aparacaq. Sözsüz ki, modelin çox mərd xarici görünüşü hər bir insanın diqqətini cəlb edir. Blue Sport Roadster – in seriya modelinin öz prototipinə tam oxşayacağını tam əminliklə demək olmaz, fəqət Scirocco-nun timsalında biz bilirik ki, seriya modellər onların prototiplərindən çox da fərqlənmirlər.