2.3.47.2, 2017-10-10 18:26:25

Volkswagen və Microsoft strateji əməkdaşlığa başlayır

Volkswagen Microsoft ilə birgə işlənən Volkswagen Automotive Cloud sisteminin inkişafı barədə məlumat paylaşıb. The Volkswagen Automotive Cloud sistemi addım-addım inkişaf etdirilərək İD elektrik avtomobilləri ailəsi üçün əsas satış bazarları olan Avropa, Çin və ABŞ bazarında tətbiq olunacaq. Volkswagen və Microsoft hal-hazırda avtomobillərin qoşulmaları üzərində yeni layihələr üzərində işləyirlər.
Əsasən 3 məqsəd üzərində işlərin artırılması nəzərdə tutulur:
- Volkswagen Automotive Cloud ID modelləri üçün əsas sayılan Avropadan əlavə ABŞ və Çin bazarında tətbiqini mümkün etmək
- Volkswagen Microsoft ilə birgə avtomobillərin mobil daşıyıcılara əlaqələnməsi üzrə ilk layihələri işləmək
- Şimali Amerikada Volkswagen İnkişaf Mərkəzi inşa etdirməklə sürətli inkişafa nail olmaq

Seçilmiş linklər