2.3.47.2, 2017-10-10 18:26:25

Şəhərin ən ağıllı krossoveri - Volkswagen Touareg 2019 icmalı

Texnologiya dünyasının ən məşhur simalarından olan avtomobillər. Demək olar ki, həyatımızın bir parçasına çevrilən bu avtomobillər hər il yenilənir və daha da təkmilləşməyə başlayır. Ağıllı cihazların, səsli köməkçilərin və əməliyyat sistemlərinin də avtomobillərə gəlişi ilə qarşımıza mükəmməl işlər çıxarır. Volkswagenin istehsalat fabrikində bir mühəndis gəlib öz menecerlərindən birinə: “Wir haben Smartphone, aber warum haben wir nicht smart Auto?” deyir, sonra isə almanlar 3-cü nəsil Volkswagen Touareg-i yaradırlar. Yaxşı ağıllı avtomobil necə olur axı? Misal üçün sıx bir yerdən keçməlisiniz hə? “Ağılsız” avtomobillərdə bu prosesi yerinə yetirmək üçün sizə sadəcə qabaq təkərlər kömək edir. Amma Touareg-in qabaq təkərləri dönəndə onun arxa təkərləri də dönür ki, avtomobil dar yerlərdən rahatlıqla keçə bilsin. Ya da yük yerinə ağır və ya böyük ölçülü bir yük qoymalısınız deyək. Touraeg siz həmin yükü doldurarkən 4 sm aşağı enir ki, yükləmə prosesi rahat həyata keçə bilsin. Başqa bir nümunə yolsuzluq şəraitində gedirsiniz, yollar biraz kələ-kötürlüdü və istəmirsiniz ki, avtomobilin altı dəysin, Touaregin amartizasiya sistemi onu 7 sm yuxarı qaldırır ki, qarşınızda keçilməz yol qalmasın. Avtomobilə əyləşən kimi ilk diqqəti cəlb edən məqam bu nəhəng panel olur. 15 düym ölçülü bu ekran Touareg-in bir çox xüsusiyyətlərini idarə edir. Həm toxunaraq həm də uzaqdan əl hərəkətləri ilə idarə oluna bilən bu ekranda zənglər, naviqasiya sistemi, 360 dərəcəli kamera, bluetooth, video və musiqi pleyer idarə olunur. Amma avtomobilin orta konsolunda başqa düymə olmadığından oturacaqların idarə olunması, qızdırılması və kondisionerin də idarəsi bu panel üzərindən reallaşır. Eyni ilə ağıllı telefonlarda olduğu kimi düymə sayı Touaregdə də minimaldır. Alt konsolda isə elə smartfonuzu şarj etmək üçün simsiz enerji doldurma məntəqəsi yerləşir. Bu sadəcə mükəmməldir. Sürət göstəricisinə gəldikdə isə qarşımıza 12 inç ölçülü ekran çıxır. Burada rəqəmsal formada çalışan sürət göstəricisi, avtomobilin servis vaxtı, yağ göstəricisi kimi məlumatlar öz əksini tapır. Bu panelin ən maraqlı xüsusiyyəti isə gecə görüş kamerasıdır. Qaranlıqda işıqsız küçələrdən keçərkən yolu aydın görmək üçün Touareg-in gecə görüş kamerası sürət göstəricisini əvəzləyib, yolu aydın görməyinizə imkan yaradır. Eyni zamanda həmin ekranda istəsəniz naviqasiya ekranını da xəritə kimi yayılmış formada görə bilərsiniz. Belə olan halda gözünüzü yoldan ayırmadan hara getdiyinizi rahatlıqla tapmaq mümkün olacaq. Yaxşı onda sürəti necə biləcəm deyə narahat olmayın, çünki Touareg-in head up displeyi də var. Touaregin 3 litr həcmli 6 silindirli bu mühərriki 340 at gücü hasil edə bilir. Amma ən təəccüblü rəqəm torque göstəricisidir. Nə az nə çox düz 450 nm. Təəccüblü deyil ki, bu 5 metr uzunluqlu, 2 tonluq əjdaha 0-dan 100-ə cəmi 5.9 saniyəyə çatır. Həmin bu torque göstəricisinin hesabına istəsəniz touaregin arxasına ev də qoşub apara bilərsiniz..Zarafat eləmirəm çünki, Touareg düz 3 ton yarım yük darta bilir. Və bu yükü dartmaq həddindən artıq asan həyata keçir. Əgər qoşqulu halda avtomobil idarə etmisinizsə yəgin bilirsiniz ki, qoşqu ilə birlikdə parking prosesi çox çətin həyata keçir. Sükanı sağa döndərəndə qoşqu sola, sola döndərəndə isə sağa gedir. Touareg-in ağıllı funksiyalarından bir digəri bu problemi aradan qaldırır. Avtomobili qoşqu moduna keçirdikdən sonra güzgü tənzimləyicilərlə sükanı döndərə bilərsiniz. Bəli eyni ilə playstation-ın joysticiki kimi. Burdaki əsas məqam joystikin əslində sükanı siz döndərdiyinizin əksinə döndərməsidir. Belə olan halda isə sizə qalan sadəcə asan parking prosesi olur. Yaxşı, bu qədər güc, bu qədər ağırlıq və belə böyük ölçülərlə Touareg necə yol tutur? Bu işin öhtəsindən Touareg-in sport modu gəlir. Avtomobil idman modunda maksimum yerə yaslanır və asqılar bərkiyir. Eyni zamanda 4 təkər sistemi hansı təkərə nə vaxt nə qədər güc göndərmək lazım olduğunu müəyyən edir. Bu xüsuiyyət həm də sürüşkən yollarda qəza riskini bir xeyli azaldır. Elə buna görə də Touareg xüsusilə bu seqmentdəki avtomobilə görə çox çevik manevr qabiliyyətinə malikdir. Touareg-in manevr qabiliyyətini artıran bir digər xüsusiyyət biraz əvvəl Aynarın haqqında danışdığı 4 təkərli dönmə xüsusiyyətidir. Bu xüsusiyyətin hesabına bu 5 metrlik nəhəng balaca qardaşı Golf-la eyni dönmə radiusuna sahibdir. Və bu xüsusiyyət ona təkcə dar yerlərdən keçməyə yox həm də daha qıvraq olmağa imkan yaradır. Volkswagen 3-cü nəsillə birlikdə Touareg-in dizaynınını da tamamilə dəyişib. Təzə Touareg əvvəlkindən uzundur amma biraz da alçaqdır. Öndə böyük barmaqlıqlar və bu maraqlı işıqlar diqqət çəkir. IQ light sistemli işıqların maraqlı xüsusiyyəti odur ki, işıqlar nə qədər güclü olsalar belə qarşıdan gələnin gözünə düşmürlər.Bizim bəzi sürücülər üçün mükəmməl vasitədir. Eyni zamanda döngələrə girərkən işıqlar təkərlərin döndüyü tərəfə dönür və yolunuzu tam aydınladır və qarşıdan gələn avtomobilləri daha tez görməyinizə imkan yaradır.

Seçilmiş linklər