 |
"Euro Style Ltd" qışda hərarət gətirəcək
"Euro Style Ltd" qışda hərarət gətirəcək, və Sizi çaştıracaq bank faizi. Yeni Volkswagen Tiguan modelini Azərbaycanda ilk dəfə 12% avtokreditlə əldə etmək imkanı. Misilsiz avtomobil üçün misli görünməmiş bank faizi. |
|
Yeni İliniz mübarək
İndi Siz Volkswagen Polo modelini 2900 AZN, Golf 3900 AZN və Tiguan modelini 5900 AZN ilkin ödənişlə əldə edə bilərsiniz. |
|
Qaçırılmaz fürsət
Volkwsagen Touareg. Arzuların avtomobili, arzu olunan kredit şərtləri ilə. İndi Volkswagen Touareg modelini illik 15 % kreditlə əldə edə bilərsiniz. |
|
Yeni Passat artıq Azərbaycanda
Volkswagen adından daha çox tanınan, təhlükəsizliyin və komfortun rəmzinə çevrilmiş Passat modeli yeniləndi. Artıq Yeni Volkswagen Passat modelini Euro Style Ltd –nin satış salonlarından əldə edə bilərsiniz. |
|
"Euro Style Ltd" şirkəti Volkswagen AG-nin eksklyuziv idxalçısı oldu
Artıq 01.01.2011 tarixindən etibarən "Euro Style Ltd" şirkəti Volkswagen AG-nin Azərbaycanda eksklyuziv idxalçısı oldu. |
|
Yeni Volkswagen Cross-Polo.
Volkswagen mart ayında baş tutacaq Cenevrə avtoşousuna yeni Volkswagen Cross-Polo modelini aparmağı qərarlaşdırıb. "Ofrouder"lər sırasında yer alan yeni Polo-nun baqajı 280 litrdən 952 litrə kimi tutuma malikdir. Avtomobil “Anti-Lock Braking" təhlükəsizlik sistemi ilə təciz olunub. Onun texniki göstəriciləri haqqında məlumat verilmir. Sadəcə yeni Polo-nun 3 benzin və üç dizel mühərrik versiyalarında müştərilərə təklif olunacağı gözlənilir. Volkswagen konserni Polo hetçbekinin Cross Polo adı altında ofrouder modifikasiyasının fotolarını yayımlayıb. Avtomobilin dünya təqdimatı Cenevrədə baş tutacaq. Yeni model beş qapılı kuzovla, yeni bamperlər, təkərlər, 17 düymlük disklər və dam örtüyü ilə təchiz olunub. |
|
Volkswagen hər il 10 milyon avtomobil satmaq niyyətindədir.
Volkswagen şirkəti 2009-cu il gəlirlərinin bundan əvvəlki dövrlə müqayisədə 80 faiz azalaraq 960 milyon avro olduğunu bildirib. Belə ki, şirkətin 2008-ci ildəki gəliri 4,8 milyard avro olub. Şirkətin 2008-ci ildə 6,3 milyon ədəd avtomobil istehsal edib. 2009-cu ildə isə bu rəqəm 6,1 milyon ədəd olub. Avtomobil bazarında davam edəcək durğunluq səbəbdən şirkətin reytinqinin 2012-ci ilədək artacağı proqnozlaşdırılmır. Ancaq buna baxmayaraq, rəhbərlik 2018-ci ilə qədər hər il 10 milyon ədəddən artıq avtomobil satmağı planlaşdırdığını bildirib. |
|
Volkswagen Polo GTI.
Volkswagen şirkəti golf-un idman modifikassiyalarının (GT, GTİ, R32) uğurundan sonra, onun kiçik qardaşı olan Polo-nun GTİ modifikassiyasını üzə çıxartdı. 1.8 litrli turbo mühərrik artıq 180 at gücündədir və firlanma momenti 245 Nm-ə çatdırılıb. Yeni Polo GTİ 0-100 km/s sürətini cəmi 7.5 saniyyəyə yığır, maksimal sürəti isə 225 km/s. Həmçini nəzərinizə şatdırmaq istəyirik ki, Nar Mobile keçirtdiyi “Yeni İl! Yeni Həyat!” viktorinası cərçivəsində artıq üç ədəd yeni Volkswagen Polo avtomobili viktorinanın qaliblərinə təhvil verilmişdir. |
|
İlin təhlükəsiz avtomobili.
Euro NCAP təşkilatı 2009-cu ilin ən təhlükəsiz avtomobilləri elan etmişdir. Bu ililn əvvəlində müstəgil kraştest üzrə avropa komitəsi 33 avtomobilin passiv və aktiv təhlükəsizliyini yoxlamışdır. Keçən ilin en təhlükəsiz avtomobili, bu sınamanı iki dəfə keçən yeni Volkswagen Golf 6 seçilib. Volkswagen Golf 6 həm 2008 – ci ildə tərtib olunmuş sxem ilə həm də yeni, 2009-cu ilin fevralında güvvəyə minən sxem ilə yoxlanılıb. “Seçdiyimiz avtomobil, təhlükəsizlik baxımından mükəmməl avtomobil adlandırıla bilər” – bu sözləri Euro NCAP təşkilatının direktoru Mişel van Ratingen söyləmişdir. |
|
Yeni Polo artıq Azərbaycanda.
2009-cu ili yola salmağa hazırlaşdığımız bir zamanda daha bir yeni Volkswagen modeli Azərbaycan alıcısına təqdim olundu. Bu yeni Polodur.Volkswagen AG-nin Azərbaucanda rəsmi dileri olan Euro Style Ltd – nin satış salonlarında artıq bu modellə yaxından tanış ola bilərsiniz. Öz sinfində yeni standartlar müəyyən edən Yeni Polo-nun dünyada qazandığı uğurunu Azərbaycandada təkraralanması şübhə doğurmur.
Yeni Polo yeni innovativ 7 pilləli DSGsürət qutusu, MP3 oxuducusu, avtomatik “Climatronic” kondisioner, yüngül rehimli disklər, duman əleyhinə faralar ilə təchiz olunmuşdur.
Yeni Polo – nun yanacaq sərfi 6.9 litrdir. Əlavə məlumat üçün Euro Style Ltd şirkətinə müraciət edə bilərsiniz |
|
Polo ilin avtomobilidir.
Ilin avtomobili seçimi Avropada ən qədim və hörmətəlyiq təltifatdır və kiçik avtomobil sinfində yeni miqyaslar əldə etmiş Polo üçün müvəffəqiyyətli ilin tacqoyma mərasiminin yeknudur. Madriddəki münsiflər heyətinin prezidenti Hakan Matson: «Poloda bizi hər şeydən əvvəl tam təhlükəsizlik təchizatı və onun müasir motor proqrammı təəccübləndirdi.» |
|
Volkswagen Scirocco R modelinin rəsmi fotoları yayımlanıb.
Volkswagen şirkəti özünün kupesi Scirocco-nun “qaynar” versiyası barədə ətraflı məlumatı və ilk rəsmi şəkillərini yayımlayıb. Scirocco R adını alan modelin protopini hələ ötən il Bolonyada keçirilən avtosalonda təqdim olunmuşdu. Artıq o vaxt məlum idi ki, R variantı “adi” Scirocco ilə müqayisədə daha aqressiv aerodinamik bodi-kit, fərqli əyləc sistemi, sərt asma və orijinal 18-19 düymlük təkər diskləri əldə edəcək. Lakin mühərrik və transmissiya “sualı” açıq olaraq qalırdı.
Ətraflı |
|
Cenevrə Motorşousu-2009.
Avtosalonun ən gözlənilən premyeralarından biri də 5-ci nəsil Volkswagen Polo idi. Alman konsernin nümayəndələrinin sözlərinə görə, bu modelin hazırlanmasında Euro NCAP təşkilatının yeni qaydalarına uyğunluq da nəzərdə tutulub. Qeyd edilir ki, yeniliyin frontal və yan zərbələrə dözümlüyü artırılıb. Artıq baza təchizatda olan aktiv başaltılar, təhlükəsiz oturacaqlar və ESP sistemi avtomobilə Euro NCAP testlərində yüksək balları yığmağa kömək edəcək.
Ətraflı |
|
Frankfurt avtoşousu 2009.
Bir çox avtoistehsalçılar artıq 2010-2011-ci illərdə seriyalı istehsala ya elektrokarlar, ya da ki minimal CO 2 tullantılı və “dietik” yanacaq sərfiyyatlı avtomobillər buraxmaq fikrindədir. Volkswagen isə belə modelləri istehsal etməkdə tələsmir. Lakin şırkət bu yönəmdə olan proyektlərini də sərgiləməkdən qaçmır.
Ətraflı |
|
1.4 TSI – İlin mühərriki elan olundu.
Artıq “İlin mühərriki 2009” niminassiyasının qalibi elan olundu. Bu Volksüagen şirkəti tərəfindən ecad olunan 1.4L TSİ muhərrikidir. Və bu hələ son deyil: kiçik həcmli, qənayətcil və güclü bu mühərrik ətraf mühidə ən minimal zərər verən müherrikdir və bu fakta görə onun “Best Green Engine 2009” nominassiyada inamlı qələbə çalmığı heç bir şübhə yaratmadı. |
|