2.3.47.2, 2017-10-10 18:26:25

Rəsmi Volkswagen servis

Rəsmi Volkswagen servis

Rəsmi Volkswagen Servisin əsas məqsədi – bütün Volkswagen markalı avtomobillərin və onların sahiblərinin qayğısına qalmaqdır. Rəsmi servisin xidmətlərinin əsasını müştərilərin avtomobillərinin texniki qulluğunu maksimal dərəcədə keyfiyyətli və sərfəli etmək təşkil edir.

Şəffaflıq

Şəffaf qiymətləndirmə strategiyası

Avtomobilin təmiri və ehtiyat hissələrinin qiyməti haqqda əvvəlcədən dəqiq məlumat verilir və bütün işlər müştəriyə detallı şəkildə izah edilir. Təmir zamanı hər hansısa əlavə nasazlıq aşkar olunarsa, müştəriyə əvvəlcədən məlumat verilir və qiymət razılaşdırılır.

Vaxtın dəqiq təyin edilməsi

Servisdə mövcud olan bütün təmir növləri müddəti Volkswagen standartlarına uyğun olduğuna görə, müştərilərimiz servisimizdə əlavə zaman itirmirlər.

Peşəkarlıq və keyfiyyət

Volkswagen keyfiyyət standartlarına sadiq qalmaq

Bütün servis xidmətləri alman keyfiyyət standartlarına uyğundur, bu isə işimizin sürət, keyfiyyət və punktuallığına zəmanət verir.

Yüksək ixtisaslı personal və davamlı təlimlər

Volkswagen Bakı Mərkəzinin personalı mütəmadi olaraq müxtəlif növ təlimlərdə iştirak edir və öz sahələri üzrə biliklərini artırırlar.

Orijinal ehtiyat hissələri

Orijınal ehtiyat hissələrindən istifadə edərək siz avtomobilinizin ömrünü uzatmaqla yanaşı Volskwagen Bakı Mərkəzindən həmin ehtiyat hissələrinə 2 ilə qədər zəmanət əldə edirsiniz.

Rahatlıq və komfort

Komfortlu Volkswagen servis

Servisimizdə rahat gözləmə otagı, kafe və uşaqlarınız üçün oyun zonası mövcuddur. Avtomobiliniz təmir olunarknən siz bizim gözləmə otağımızda dincələ vəya işlərinizi görə bilərsiniz.

Servisdə rahat növbə

Siz növbədə gözləməmək üçün gəlməzdən əvvəl sadəcə bir zənglə qəbula yazıla bilərsiniz.

Məlumat mərkəzi

Servisimizin qısa nömrəsi bütün sual, təklif və iradlarınız üçün açıqdır. Tel.:*5588

Zəmanət

Rəsmi zəmanətin qorunub saxlanması

Rəsmi servisdə qulluq görən Volkswagen avtomobillərinin zəmanəti pozulmur.

Ehtiyat hissələrinə 2 il zəmanət

Rəsmi servisdən alınan bütün ehtiyat hissələrinə 2 il zəmanət verilir.

Seçilmiş linklər