2.3.47.2, 2017-10-10 18:26:25

Ehtiyat hissələri

Volkswagen orijinal ehtiyat hissələri

Təhlükəsiz, yüksək keyfiyyətli və sizin Volkswagen avtomobilinizə tam uyğun orijinal ehtiyat hissələrindən təmir zamanı istifadə avtomobilinizin omrünü daha uzun edir və daha təhlükəsiz hərəkəti təmin edir.

Əyləc sistemləri və əyləc mayeləri

Hər gün avtomobilinizlə yol qət edirsiniz. Yolların növündən asılı olmayaraq siz hər zaman Volkswagen əyləc sistemlərinə tam güvənə bilərsiniz. Orijinal əyləc sistemləri və onlara vaxtı vaxtında qulluq avtomobilinizin ən vacib komponentlərindən biridir.

Şüşələr və işıqlandırma

Volkswagen Bakı Mərkəzi öz korporativ müştərilərinə xüsusi təkliflərlə servis xidməti təklif edir.

Mühərrik və sürət qutusu

Mühərrik Volkswagen avtomobillərinin ürəyidir. Mühərrik avtomobilinizdə ən ciddi yanaşma tələb edən ehtiyat hissələrindən biridir. Ona görə orijinal kəmərlərdən, alışdırma şamlarından istifadə avtomobilinizin mühərrikinin ömrünü uzadaraq sizə daha sakit və təhlükəsiz səyahət imkanı verəcəkdir. Volkswagen avtomobilləri müasir və daim yenilənən texnologiyaları sayəsində bütün ehtiyat hissələrinin, xüsusilə sürət qutusunun keyfiyyətinin artırılması sahəsində böyük dəyişikliklərə nail olmuşdur. Müasir və daha dözümlü DSG tipli yeni nəsil sürət qutuları cüt keçirməli sürət qutusu kimi tannınırlar. Ən önəmli üstünlükləri inanılmaz sürətlə sürət pillələrinin keçirilməsidir. Bu səbəbdən DSG sürət qutuları həm performans, həm də yanacağa qənaətcilliyi cəhətdən çox əlverişlidir. Avtomobilin sürət qutusunun mexaniki və ya avtomatik transmissiyalı olmasından asılı olmayaraq vaxtı-vaxtında və düzgün qulluq edilməli, transmissiya yağı dəyişilməlidir. Bununla hissələrin ömrünü uzatmaq və keyfiyyətini saxlamaq mümkündür.

Seçilmiş linklər