2.3.47.2, 2017-10-10 18:26:25

Volkswagen Xəbərləri

Volkswagen – 2018 ci ilin ən innovativ markası

Volkswagen artıq 3-cü dəfədir ki, Plus X Award mükafatının innovasiyalar nominasiyasında laureat olur.
Şef-dizayner Klaus Bişşofun rəhbərliyi altında Volkswagen komandası ən innovativ marka kimi Plus X Award mükafatına layiq görülmüşdür. “Biz öz müştərilərimizə yüksək keyfiyyətli, onları anlayan və asanlıqla idarə olunan avtomobillər istehsal etdiyimiz üçün çox sevinirik. Bu mükafatı 3-cü dəfə qazanmağımız Volkswagen-in proqressiv və inkişaf edən marka olduğunu bir daha təsdiqlədi”- Klaus Bişşof bildirib.
Münsiflər əsasən Polo, T-Roc və Touareg modellərini vurğulayıblar, habelə, Atlas Tanoak və İ.D.VİZZİON konseptlərini də öz kateqoriyalarında “Ən yaxşı məhsul” adına layiq görüblər. Bu il Volkswagen modelləri 26 dəfə müsiflərin rəğbətini qazanmağı bacarıb, buna görə Volkswagen avtomobil istehsalçıları arasında “2018-ci ilin ən yaxşı avtomobil markası” seçildi.

Seçilmiş linklər