Yeni Touareg-i bir dəfə görən onu bir daha unuda bilmir. Yeni nəsil Touareg-in aqressiv və sərt xəttləri onu yollarda daima fərqləndirir. Avtomobil çoxsaylı innovativ elementlərlə təchiz olunmuşdur. Yeni Touareg sizə komfortlu və təhlükəsiz sürüşlə bərabər müqayisə olunmaz sürüş həzzinə zəmanət verir.
Yeni İQ Light fənərlər müasir Dynamic Light Assist sistemləri ilə təchiz olunmuşdur, bu isə o deməkdir ki, artıq yollar daha işıqlı olacaq. Bu fənərlərin digər böyük üstünlüyü də ondadır ki, qarşıdan gələn avtomobillərin sürücülərinin görüntüsünü məhdudlaşdırmır.
Yeni Touareg-də siz salonunuzu sevdiyiniz rənglə işıqlandıra bilərsiniz. Ağ rəngli fon işıqlandırması və digər çox rəngli işıqlandırma opsiyası sayəsində Yeni Volkswagen Touareg-in salonunda fərqli atmosfer yaradın.
Innovision Cockpit - sizi avtomobilin deyil, gələcəyin nəqliyyat vasitəsinin sükanı arxasında olduğu təəsüratını verəcək. Active İnfo Display sayəsində avtomobil barədə istənilən məlumatı sükanın qarşısına yerləşdirə, sürət göstəricilərinin dizaynını təyin edə bilərsiniz. 15 düymluq Discover Premium alətlər paneli isə heç bir düyməsiz, səs, toxunuş və əl hərəkətləri ilə avtomobilin bütün ayarlarını təyin etməyə imkan verir