İşdən sonra səkkiz nəfəri ofisdən aparmaq və ya böyük qabaritli əşyaları daşımaq? Volkswagen Caravelle sizi çətinlikdən qutaracaq, çünki bunların hamısını siz bir tək Caravelle ilə edə biləcəksiniz. Üç sıra qatlana bilən oturacaqlarla sizin avtomobilinizdə həm dostlarınız, həm də əşyalarınız üçün yetərincə yer var. Caravelle ənənəvi keyfiyyətinə sadiq qalmaqla bərabər inkişaf etməyi də bacarır, buna görə uzun illərdir öz seqmentində Avropada 1 nömrədir.
Caravelle 2 variantda müştərilərə təklif olunur - standart və ya uzun. Oturacaqların yerləşdirilməsi müştərinin istəyindən asılı olaraq dəyişdirilə bilər. Bununla bərabər, oturacaqların sayını da dəyişmək mümkündür, Caravelle-də ən az 5 ədəd olmaqla, 9 ədədədək oturacaq quraşdırmaq mümkündür.Uzun variantda isə 4-cü sıra oturacaqlar və ya daha böyük yük bölməsi seçimi etmək mümkündür.
Volkswagen Caravelle elektrik açılıb-bağlanan baqaj qapıları maksimal dərəcədə komfortlu, funksional və səssizdir. Avtomobiliniz kirli olduğu zaman belə, əlinizi toxunmadan baqaj bölməsindən əşyalarınızı götürə bilərsiniz. Bunun üçün sadəcə avtomobilin salonunda 1 düyməyə basmaq və ya avtomobilin radio açarından siqnal göndərmək lazımdır. Qapı açılmazdan əvvəl avtomobilin parktronikləri arxada maniyənin mövcudluğunu yoxlayır və daha sonra qapını açır.