2.3.47.2, 2017-10-10 18:26:25

Mövsümi endirimlərdən faydalanmağa tələsin!

Volkswagen Bakı Mərkəzinin hər mövsüm etdiyi endirim kampaniyası payız aylarında da start götürür. Məhdud sayda 2019-cu il istehsalı Volkswagen Polo Sedan Comfortline avtomobili çox əlverişli şərtlərlə - 27000 manata deyil, cəmi 25000 manata təklif olunur. Bununla bərabər, avtomobil üçün çox əlverişli kredit və lizinq şərtləri də təqdim edilir. Beləki, avtomatik sürət qutulu Polo Sedan-a 36 ay müddətinə, 6999 manatdan başlayan ilkin ödənişlə sahib ola bilərsiniz. Kredit şərtlərinin müddəti 60 aya qədər uzadıla bilər və aylıq ödəniş cəmi 560 manata enmiş olur. Volkswagen Polo Sedan Comfortline öz seqmentinin ən əlverişli avtomobillərindən biridir. Avtomobil güclü komplektasiyaya və yüksək keyfiyyətə malik olması müqabilində alıcıları üçün çox sərfəli qiymətə təqdim olunur. Bu model 1.6l həcmli sadə mühərrikə və 110 at gücünə malikdir. Polo Sedan avtomobilinin şossedə 100km-də 4.7l yanacaq işlətməsi, onu öz seqmentinin ən qənaətcil avtomobili edir.
Kampaniya məhdud sayda avtomobil üçün nəzərdə tutulub və qısa müddətlidir. Daha ətraflı məlumat və sifariş üçün şəhər telefonlarından *7788 ilə əlaqə saxlaya və ya Volkswagen Bakı Məkəzinə yaxınlaşa bilərsiniz.

Seçilmiş linklər